Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 15:40:00
LDU-da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU)  “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda  gənc tədqiqatçıların  respublika  elmi-praktik konfransı öz işinə başlayıb.Konfrans  dövlət himnimizin ifası ilə start götürüb.

AzEdu.az xəbər verir ki, LDU ilə yanaşı, ölkənin aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələrin, görkəmli alimlərin qatıldığı konfransı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən profesor Natiq İbrahimov açıb.Natiq İbrahimov  rəhbərlik etdiyi ali məktəbdə  son illərdə keçirilmiş müxtəlifyönümlü beynəlxalq və respublika miqyaslı elmi konfranslar barədə iştirakçılara məlumat verib. Bildirib ki, bugünkü konfransın keçirilməsində əsas məqsəd  müasir təlim texnologiyalarının tədbiq olunmasının təhsilin keyfiyyətinə təsirini öyrənmək, mövzuya gənc tədqiqatçıların elmi yanaşmasını  təhlil etmək, müxtəlif elm sahələrinə təsirini müzakirə etmək,elmi nəticələrin tədbiqinə nail olmaqdır.Universitet rəsmisi ali təhsil ocaqlarında gənc tədqiqatçılar üçün optimal şəraitin yaradılmasını,modern laboratoriyaların quraşdırılmasını elmi inkişafın əsas amili kimi dəyərləndirib və bu istiqamətdə LDU-da görülən işlərdən danışıb.

Konfransda LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda geniş məruzə edib.Məruzəçi qeyd edib ki,təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi,sosial –iqtisadi,elmi-mədəni inkişafla bağlı tələblərdən irəli gəlir.İdrak Əsgərov Lənkəran Dövlət Universitetinin  timsalında  bu istiqamətdə görülən işlər və perspektiv planlar barədə  iştirakçılara ətraflı məlumat verib.

BDU- nun Fiziki coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov müasir təlim texnologiyalarının tədbiqinin təhsilin inkişafına göstərdiyi müsbət təsiri çalışdığı və səfər etdiyi xarici ölkələrin təcrübəsi əsasında  şərh edib.

Məruzə ətrafında çıxışlardan sonra  konfrans  iştirakçıları adından prezident  İlham Əliyevə müraciət qəbul olunub.

Gün ərzində  konfrans işini plenar iclaslarda davam etdirəcək.Qeyd edək ki,bu gün  IV bölmə üzrə 130-dan artıq tezisin  dinlənilməsi nəzərdə tutulub.

Konfransa günün sonunda yekun vurulacaq və fərqlənənlərə sertifikatlar təqdim olunacaq.