
Azərbaycanda elmin populyarlaşdırılması istiqamətində layihələr həyata keçirən Azərbaycan Elm Assosiasiyası "Prominent Azerbaijani Scholars" (Azərbaycanın Görkəmli Alimləri) broşurunu təqdim edib.
AzEdu.az xəbər verir ki, bu broşur Azərbaycan Elm Assosiasiyasının təşəbbüsü əsasında, Azərkitab Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə ingilis dilində çap olunub. Təqdimatda dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş bir sıra Azərbaycanlı alim və mədəni xadim barədə söz açılıb. Alimlərin kəşf və ixtiraları barədə məlumatlar ingilis və azərbaycan dillərində təqdim edilib. Daha sonra interaktiv qaydada sual-cavab sessiyası keçirilib. Seminarın son hissəsində isə elm, alimlərin fəaliyyəti və gənclərin elmə marağının artırılmasına dair auditoriya üzvlərinin iştirakı ilə müzakirələr aparılıb.
Qeyd edək ki, broşurun yeni versiyasının çapı da nəzərdə tutulub. Bu broşurun ərsəyə gəlməsində xüsusi əməyi keçənlər: Günel Ağabəyli, İnqilab Şahbazov, Fidan Bəylərova, Nərmin İsmayılova və Tərlan Süleymanov.