Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 14:35:00
Gələn il 12400 uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Bu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.