Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 09:38:00
DİM-in tətbiq etdiyi ödənişlər  narazılıq doğurur – Sorğu

DİM-in qəbul imtahanlarında iştirakla bağlı tətbiq etdiyi ödənişin məbləği respondentlərin 11%-ni tam qane edir, 21%-ni qane edir, 21,5-ni qismən qane edir, 29,5%-ni qane etmir, 17%-ni heç qane etmir.

AzEdu.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Barometri” jurnalında məlumat verilib.

 Abituriyentlərlə yanaşı, valideynlər və müəllimlər arasında aparılan sorğunun nəticəsinə görə 60 %-dən çox respondentı ödənişin məbləği qane etmir.

 Müəllim və valideynlərin  30,8%-ni heç qane etmir, 33,3%-ni qane etmir, 18%-ni qismən qane edir, 17,9%-ni isə qane edir.

Sorğuda iştirak edənlərin əksəriyyəti ödənişin məbləğinin 19-20 manat arasında olmasını arzu edirlər.

Qeyd edək ki,  ödənişlər Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin təmzilənməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Prezidentin Sərancamına əsasən ali təhsil müəsisələrinə imtahanda ilk dəfə iştirak edən şəxslərin xərcləri dövlət büdcəsi hesabına ödənilir.  Bu yalnız ümumtəhsil müəssisələrini bitirən məzunlara aiddir. Digər abituriyentlər isə imtahanda iştirak etmək üçün 40 manat ödəməlidirlər.

Ayşə MÜSEYİB