Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 13:27:00
Təhsil işçiləri arasında keçirilən intellektual oyunun qalibləri müəyyənləşib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Həmrəylik kuboku - 2019” intellektual oyunu təşkil olunub.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bilik yarışı təhsil işçiləri arasında həmrəyliyi möhkəmləndirmək, müxtəlif sahələr üzrə iştirakçıların istedad və dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə və təhliletmə qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilib.

Oyun zamanı BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 39 komanda üç turda qalibiyyət uğrunda mübarizə aparıb.

Yarışmada “İnkişaf” komandası birinci, “Zəfər” komandası ikinci, “İntellekt” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandanın üzvlərinə kubok, diplom və “İnci” şirkətlər qrupu tərəfindən hədiyyələr təqdim olunub.