Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 13:38:00
AMEA-nın Yer Elmləri Bölməsinin müəssisələri hesabat verib

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin birgə iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclası Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, iclasda Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatları dinləniləcək.

Sonra Geologiya və Geofizika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov elmi müəssisənin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verib. Bildirib ki, hesabat ilində 10 mövzu üzə 14 elmi-tədqiqat işi aparılıb. Mövzular üç şöbədə üç problem üzrə yerinə yetirilib.

İclasda, həmçinin Təbiət Tarixi Muzeyinin hesabatı dinlənilib və bir sıra cari məsələlər müzakirə olunub.