Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 14:16:00
Ayrı-ayrı imtahanlarda iştirak üçün tələb olunan məbləğlər - Xatırlatma

Qəbul imtahanları ilə bağlı ən çox verilən suallardan biri də imtahanlarda tələb olunan məbləğlə əlaqəlidir. 

AzEdu.az  abituriyentlərə kömək məqsədilə ödənişlərin məbləğini ümumiləşdirərək təqdim edir.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı 20 manat, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarının tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanına 20 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında iştirak üçün  30 manat ödəniş edilir.

Ali təhsil müəssisələrinin bakalaviart ( tibb təhsili üzrə əsas təhsil) pilləsinə  tələbə qəbulu ilə bağlı test imtahanı  40 manat,  magistratura pilləsinə  qəbul imtahanının I mərhələsi  50 manat, II mərhələsi isə 60 manat məbləğində müəyyənləşdirilib. Azərbaycan Milli Elmlər Akademiyasına magistr qəbulu  da eyni məbləğdə müəyyənləşdirilir.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanın baza fənləri üzrə I mərhələsi   60 manat,  ixtisas fənləri üzrə II mərhələsi üçün  100 manat nəzərdə tutulur.

Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında isə məzunlar 10 manat ödəniş etməlidir.

Qeyd edək ki, dövlət qulluğu üzrə imtahanlar xüsusi tariflər əsasında müəyyənləşdirilib.

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə test imtahanında  AA 110, AB-100, AC-90 manat, B növü - inzibati icraçı vəzifələr üzrə BA-80, BB-70 manat məbləğində ödəniş edilməsi təsdiqlənib.

Ayşə MÜSEYİB