
Məhz kitablar öyrənmə və təxəyyül dünyasının qapısını açır!
Böyük Britaniyanın uşaqların işləri üzrə dövlət nazir Mişel Donelan yeni il bayramında ailələri öz uşaqlarına kitab oxumağa çağırıb. Uşaqların erkən savadlılıq bacarıqlarını artırmaq məqsədi ilə valideynlərə təkidlə kitaba müraciət etmələri tövsiyə olunub.
Yəqin ki, Yeni il bayramı ərəfəsində uşaqlara alınan hədiyyələr arasında qajetlər və müxtəlif texnologiyalar yenə də üstünlük təşkil edəcək, lakin nazir Mişel Donelan valideynləri, baba və nənələri kitab oxumanın da yeni ili keçirməyin ən yaxşı vasitələrindən biri olduğunu unutmamağa çağırıb. Məhz kitablar öyrənmə və təxəyyül dünyasının qapısını açır.
"Bütün uşaqlar kitab oxumaqdan zövq almaq imkanına layiqdirlər. Kitab oxumaq uşağa söz ehtiyatı qurmağa kömək edə, təxəyyülünü şölələndirə və onun əsasında gələcək həyatını tənzimləməyə kömək edə bilər. Ailələr bu prosesin təşviq edilməsində mühüm rol oynamalıdırlar. Bu bayram dövrü uşaqlarla oxu və sevimli hekayələrinizi bir-birinizə söyləməklə daha çox vaxt keçirmək üçün gözəl fürsətdir. Uşaqlar üçün oxu onlara həyati bacarıqlarını inkişaf etdirməyə kömək edəcək, həm də onlara təlim və təxəyyül dünyasına pasport verəcək", -deyə nazir bildirib.
Evdə oxumaq uşağın inkişafı üçün çox vacibdir. Böyük Britaniya Savadlılıq Milli Fondunun 56906 uşaq arasında keçirdiyi tədqiqatın nəticələrinə əsasən, öz evlərində kitablara sahib olanların onlardan gözlənilən oxu səviyyəsi altı dəfə yüksəkdir, onlar oxudan, bunu etməyənlərlə müqayisədə, 3 dəfə daha çox zövq alırlar.
Milli Savadlılıq Fondunun icraçı direktoru Conatan Duqlas qeyd edir ki, kitablar uşağın oxu, zövq və əqli inkişaf bacarıqlarını dəyişmək gücünə sahibdir. "Lakin uşaqların bir çoxu potensiallarını tam şəkildə ortaya çıxarmaq imkanını əldən verirlər, çünki evdə öz kitabları yoxdur. Bundan əlavə, tədqiqatlarımız göstərir ki, uşaqların nə qədər çox kitabı varsa, onlar oxumaqdan zövq almağa və həyatda uğur qazanmağa daha yaxşı hazırlanıblar. Milli Savadlılıq Fondu uşaqları daha çox ehtiyac duyduqları kitablarla təmin etmək üçün böyük addımlar atıb",-deyə qurumun icraçı direktoru bildirib.
Oruc MUSTAFAYEV