
“”Yüksəliş” müsabiqəsində də onlayn imtahan keçiriləcək. Namizədlər şəxsi kabinetinə daxil olaraq verilən sualları elektron formada cavablandıracaq".
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, namizədlər istənilən yerdə evində, məktəbində də imtahanda iştirak edə biləcəklər:
"Nəticələr statistik cavab formasında hesablanıb, açıqlanacaq. Namizəd biləcək ki, məsələn 100 nəfərin arasında neçənci yerdədir . İmtahanların onlayn olması həm də o deməkdir ki, biz onlara etimad göstəririk. Amma fərqli xüsusiyyət odur ki, hər sual üçün çətinlikdən asılı olaraq vaxt veriləcək.
Həmin vaxtda cavab verilməyən sual təkrarlanmır. Yəni bir sual üçün 1 dəqiqə, 30 saniyə və s. vaxt veriləcək".
O həmçinin bildirib ki, imtahan modelini iştirakçılarla tanış etmək üçün sınaq imtahanı da keçiriləcək.
"Bununla bağlı sınaq imtahanı da keçiriləcək. DİM-də V siniflər üçün onlayn imtahanlar var. Məsləhət görərdim ki, bu imtahanlarda iştirak etsinlər”.
Ayşə MÜSEYİB