Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 12:38:00
İnternet olmayan yerlərdə online imtahan necə keçiriləcək?-CAVAB

"Biz internet olmayan rayonlarda, yaxud evində internet olmayan gənclər üçün də fürsət yaratmağa çalışırıq"

 AzEdu.az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov  Yüksəliş müsabiqəsinin  başlanmasına dair mətbuat konfransında deyib.

"İnternet olmayan bölgələrdə gənclər müsabiqədə iştirak etmək üçün  “Gənclər evi”-ndə, Heydər Əliyev mərkəzlərində olan pulsuz internetdən istifadə edə bilərlər. Hazırda DOST və ASAN xidmətlərlə  də danışıqlar aparılır.Bu işə onları da cəlb etmək istəyirik”.

 Məleykə Abbaszadə isə qeyd edib ki gənclər adı çəkilən mərkəzlərdən əlavə  DİM şöbələrində də ödənişsiz internetdən istifadə edə bilərlər.

"  Məlum olduğu kimi hazırda 9 rayonda Dövlət İmtahan Mərkəzinin şöbələri fəaliyyət göstərir. Müsabiqəyə qoşulmaq istəyən gənclər həmin  şöbələrə müraciət edə bilərlər".

Ayşə MÜSEYİB