
2019-12-27 15:40:00
AzTU-nun tələbəsi “Qış Elm Festivalı”nda birinci yerə layiq görüldü
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qış Elm Festivalı” keçirilib.
AzEdu.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.
Festivalda “Sel və meşə yanğınlarına qarşı mübarizə”, “Aşağı tezlikli elektromaqnit aparatı”, “İnsan beyninin sakitliyini təmin edən alfa generatoru”, “Yüksək emosional gərginlik şəraitində kurkuminin beyinə intranasal verilməsi ilə yaddaş proseslərinin yaxşılaşdırılması”, “Palimpsest kollaj” , “Overton pəncərəsi” və s. bu kimi maraqlı layihələr nümayiş olunub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, iqtisadiyyat kateqoriyası üzrə I yerə Bakı Mühəndislik Universiteti (BMU), mühəndislik kateqoriyası üzrə I yerə BMU, II yerə Sumqayıt Dövlət Universiteti (SDU), III yerə isə BMU, pedaqoji kateqoriya üzrə I yerə Azərbaycan Tibb Universiteti (ATU), II yerə Azərbaycan Texniki Universiteti (AzTU), III yerə BMU tələbələrinin təqdim etdikləri layihələr layiq görülüb. Festivalın sonunda qalib gələn komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Festivalda AzTU-nun tələbəsi Novruz Balabəyov ən yaxşı təqdimatçı nominasiyası üzrə birinci yerə layiq görülüb.
AzTU-nun rektoru Vilayət Vəliyev qalib komanda üzvləri ilə görüşərək belə festivalların tələbələr üçün əhəmiyyətindan danışıb və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39