Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 09:14:00
Diaqnostik qiymətləndirmədən keçmək istəyənlər üçün son gün

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.

İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.