
Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2020-ci il münasibəti ilə “Yeni il karnavalı” keçirilib. Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Yeni il tədbirində 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə ,tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Şaxta baba və Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şux , şaqraq mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni -2020-ci il münasibəti ilə Lənkəran Dövlət Universitetinin bütün kollektivinə pul mükafatları verilib.