Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 12:47:00
2019-cu il təhsil sahəsi üçün hansı hadisələrlə yadda qaldı? –Rektordan cavab

2019-cu il bitmək üzrədir. 2020-ci ilin də Azərbaycan təhsili üçün bir çox yenilik və uğurlarla yadda qalacağı kimsədə şübhə doğurmur. Çünki 2019-cu ildə əsası qoyulan ideyalar öz praktiki həllini qarşıdakı illərdə tapacaq ki, bu da təhsilin, innovatik yeniliklərin inkişafına səbəb olacaqdır.

 AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da 2019-cu ilin təhsil sahəsi üçün hansı yeniliklərlə yadda qalması ilə bağlı aşağıdakı zəruri faktları səsləndirib:

 “Yola saldığımız ildə ali məktəblərin elmi-texniki bazasının inkişafını, tələbələr üçün nəzərdə tutulan təqaüdlərin, müəllimlərin maaşlarının nəzərəçarpacaq dərəcədə artmasını və ali məktəblərin təhsil xidmətlərinə görə mənfəət vergisindən azad olunmasını xüsusi ilə qeyd etmək istərdim”.