
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Dunçji (Qışın zirvəsi) Çin bayramına həsr olunmuş tədbir keçirilib.
ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm mövsümlərindən biri olan Dunçji bayramının fəlsəfəsi və tarixi köklərindən danışaraq bu bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müəllimi Zhang Xin bayramın keçirilməsi ənənələri, Dunçji əfsanələri və mərasimlərindən danışıb. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri qədim Çin şairlərinin uzunömürlülüyü, qış və gözəlliyi təcəssüm etdirən Dunçjinin rəmzi olan Meixua gavalı çiçəklərinə həsr olunmuş şeirlərini oxuyublar.
Sonra Konfutsi İnstitutunun əməkdaşları ailə birliyinin rəmzi olan "tanyuan" düyü sancaqları ilə bayram şirniyyat şorbasının hazırlanması üzrə ustad dərsi keçiblər.