Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 15:24:00
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Almaniyada tədqiqat aparır

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi Həmayıl Adıgözəlzadə Potsdam Leibniz Astrofizika İnstitutunun ulduz astrofizikası və ulduz aktivliyi bölməsində “Aralıq kütləli cavan ulduzların maqnit sahələri” mövzusunda post-doc mərhələsində tədqiqat işini yerinə yetirmək üçün ezam olunub.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, post-doc mərhələsində əsasən ulduzların spektropolyarimetrik üsulla maqnit sahələrinin ölçülməsi metodunu mənimsəmək, maqnit sahələri ölçülmüş HAe/Be tipli ulduzların ilk kataloqunu tərtib etmək və digər istiqamətlər üzrə tədqiqat işləri nəzərdə tutulub.

İşin məqsədi Ae/Be Herbiq tipli ulduzların spektropolyarimetrik üsulla müşahidələri əsasında maqnit sahələrinin xüsusiyyətlərinin diaqnostikası və tədqiqidir. Əsas məqsəd HAe/Be ulduzlarında maqnit sahələrinin yaranması və təkamülü ssenarisini işləyib hazırlamaqdır.