Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 15:59:00
Azərbaycan Texniki Universitetində bayram tədbiri

Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.

AzTU-dan AzEdu.az-a bildirlib ki, rektor Vilayət Vəliyev universitetin professor-müəllim və tələbə heyətini hər iki bayram münasibətilə təbrik edib, həmrəylik gününün əhəmiyyətindən danışıb.

Bayram tədbirində universitetin ictimai həyatında fəal iştiraklarına görə müxtəlif nominasiya üzrə 52 tələbə fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, təltif olunanlar arasında xarici tələbələr də var.

Tədbir konsert proqramı ilə davam edib.