
“2019-cu ildə DİM-in Çağrı mərkəzi tərəfindən 71900 müraciət cavablandırılıb”.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin illik hesabatında qeyd olunur.
DİM-dən bildirilib ki, İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin hesabatına əsasən mütəmadi olaraq qəbul kampaniyasının mərhələləri barədə ictimaiyyət hərtərəfli məlumatlandırılaraq qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verilib: “DİM-in saytı vasitəsilə müxtəlif tədbirlərlə bağlı 1000-dən artıq məlumat dərc edilib. İl ərzində Feysbuk səhifəsində 600-dən çox post paylaşılıb. Postlarda verilən suallara 15 mindən çox cavab yazılıb. Qəbul kampaniyası və imtahanlarla əlaqədar bu il Youtube və Feysbuk kanallarında 15-ə yaxın canlı yayım edilib. Kargüzarlığın aparılması ilə bağlı 13131 sənəd qeydə alınmışdır. Email ([email protected]) vasitəsilə hesabat ilində şöbənin əməkdaşları tərəfindən 13188 müraciət cavablandırılıb. Ümumilikdə, DİM-in elektron poçtuna daxil olmuş müraciətlərin 18847-a cavab yazılıb”.
Ayşə MÜSEYİB