Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 10:39:00
Çox abituriyent DİM-in bu fürsətindən xəbərsiz olub – Amma gec deyil

“Müvafiq fənlər üzrə  DİM-in  ekspertləri  5-11-ci sinif dərslikləri əsasında hər bir mövzu üzrə vizuallaşdırılmış dərslərin məzmununun hazırlanmasında iştirak edib.

Dərslər DİM-in YouTube kanalında yerləşdirilib. Müxtəlif fənlər üzrə  ümumilikdə 421 dərsin izahı Youtube kanalında yerləşdirlib”.

AzEdu.az xəbər verir ki, DİM-in elektron vəsaitləri barədə metodika və dərsliklərin monitorinqi şöbəsinin illik hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, şöbə tərəfindən 5-11-ci sinif dərsliklərinin hər bir tədris vahidi və mövzusu üzrə sınaq variantları hazırlanıb, DİM-in otk. az saytında yerləşdirilib. Müxtəlif tədris vahidləri üzrə  315,  tapşırıqlar üzrə isə  5475 material  təqdim olunub.

Onu da qeyd edək ki, bu layihə artıq  başa çatıb. Tədris vahidlərinin sınaq variantlarına  5-8-ci siniflər üzrə hər varianta müxtəlif tipli 15, 9-11-siniflər üzrə isə 20 tapşırıq daxil edilib.

 Yeni  dərsliklərin mövzuları üzrə DİM-in otk.az saytında hazırda yerləşdirilmiş variantların siyahısı verilib.  Həmin saytda  880 mövzu və 8800 tapşırıqlardan  ibarət  yeni materiallar təqdim olunub.

 Məlumat üçün bildirək ki,  bu layihə yaxın vaxtlarda başa çatacaq. Qeyd etmək lazımdır ki, hər iki layihədə variantlar qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlardan ibarətdir.

 Şöbə tərəfindən həmçinin ümumi orta və tam orta təhsil bazasında buraxılış və ixtisas qrupları üzrə isə qəbul imtahanları modelinə uyğun onlayn sınaq variantları hazırlanıb və otk.az saytında yerləşdirilib.

Ayşə MÜSEYİB