Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 14:47:00
Xarici ölkə vətəndaşları sınaq imtahanlarında iştirak üçün nə etməlidirlər? –DİM-dən  cavab

 Dövlət İmtahan Mərkəzi  hər il  buraxılış və ali təhsil müəssisələrinə tələbə qəbulu, eləcə də magistratura, doktorantura və dövlət qulluğu üzrə əsas imtahandan əvvəl bir və ya bir neçə dəfə  sınaq imtahanı keçirir. Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat şəxsiyyət vəsiqəsindən istifadə etməklə internet vasitəsilə aparılır.

Bəs xarici ölkə vətəndaşları sınaq imtahanlarında iştirak etmək üçün necə və hansı sənədlərlə qeydiyyatdan keçməlidirlər?

DİM-dən AzEdu.az-a verilən məlumata görə xarici ölkə vətəndaşları başqa qanuni vəsiqələrdən istifadə etməklə imtahanda iştirak edə bilərlər.  Belə ki, onlar Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsindən istifadə etməklə sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçirlər. 

Qeyd edək ki, qeydiyyat  imtahan keçiriləcək həftənin çərşənbə axşamı günü səhər saat 10:00-da başa çatır. 

Ayşə MÜSEYİB