
Ölkə üzrə 25 nəfər beynəlxalq qrossmeysterdən 16-sı, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə idman-şahmat məktəblərinin komandaları Azərbaycan çempionatında uğurlu nəticələr əldə ediblər.
Belə ki, mərkəzin boks ürzə yığma komandaları 2019-cu ildə yeniyetmə və gənclər arasında keçirilən respublika çempionatının, atletika idman növü üzrə yığma komanda Azərbaycan birinciliyinin qalibi olub. Təhsil Nazirliyi sistemində ilk dəfə olaraq “Vətən” RİOEUGFM-in komandaları 2018-2019-cu il mövsümü üzrə AFFA tərəfindən keçirilən respublika çempionatlarında 3 yaş qrupu üzrə I yerə(U-10,U-14,U-17), Iki yaş qrupu üzrə II yerə (U-11,U-16) və bir yaş qrupu (U-15) üzrə III yerə layiq görülüb.
2019-cu ildə təsdiq edilən təqvim planı üzrə nəzərdə tutulan idman növləri üzrə açıq respublika birinciliklərin və çempionatlar yüksək səviyyədə təşkil edilən və yaş qrupları üzrə mərkəzin yiğma komandaları müəyyən edilib.