Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 13:08:00
Paytaxt məktəblilərindən fərqli təşəbbüs

Paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himninin fərqli üslubda ifası ilə bağlı videoçarx hazırlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, idarənin dəstəklədiyi təşəbbüsün əsas məqsədi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təbliğini genişləndirmək, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.