Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-31 15:03:00
Bu məsələ abituriyentləri tez-tez çaşdırır – Diqqətli olun

Redaksiyamıza  “müsabiqə şərti” və “keçid balı” anlayışları ilə bağlı tez-tez müraciətlər daxil olur.  AzEdu.az abituriyentlərə daha aydın olsun deyə həmin anlayışların fərqini izah edir.

 Sual: Müsabiqə şərti ilə keçid balı anlayışları arasında fərq varmı?

 Cavab: Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

Qeyd edək ki, hər il keçid balları “Abituriyent”  jurnalında qruplar üzrə verilir.

Ayşə MÜSEYİB