Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 15:50:00
Kotirovka sorğusu  

Dövlət İmtahan Mərkəzi elektron lupanın (böyüdücü) satınalınması üçün  kotirovka sorğusu elan edir.

AzEdu.az xəbər verir ki, iddiaçı kimi iştirak etmək istəyənlərə təklif edilir ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  • Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

  • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti     (notarial qaydada təsdiq olunmuş);

  • Kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə);

  • Vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün);

  • İddiaçının kotirovka təklifi. 

          Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 23 may 2018-ci il saat 15:00-dək  M. Müşfiq, 1M (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-502-47-53/56/58, daxili 144) ünvanına təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.