
2020-01-05 20:29:00
Türkiyənin dəstəyi ilə Suriyada ibtidai məktəb açıldı
Suriyanın Resulayn bölgəsindəki Nukra kəndində uzun müddət PKK/YPG terror qruplaşmalarının qərargahına çevrilən məktəb öz qapılarını yenidən şagirdlərin üzünə açıb.
AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilir ki, “Sülh çeşməsi Nukra” ibtidai məktəbi adı ilə fəaliyyətə başlayan təhsil ocağı təmir olunaraq istifadəyə yararlı hala gətirilib. Türkiyənin Şanlıurfa valiliyinin köməyi ilə aparılan təmir işlərində kənd sakinləri yaxından iştirak ediblər.
Türkiyənin 2-ci ordu komandanı, general-leytenant Sinan Yayla və Şanlıurfa valisi Abdullah Ərin açılış mərasiminə qatılıblar.
Məktəbdə təhsil alan şagirdlərə dərs vəsaitləri, kitab və dəftərlər hədiyyə olunub.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16