
AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “İlin gənc müəllimi” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.
“Facebook” sosial şəbəkəsində keçirilən sorğu nəticəsində 35 müəllim növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci mərhələdə müəllimlər AXC-nin 100 illiyi ilə bağlı şagurdləri ilə birlikdə video-çarx hazırlamalıdır. Ən yaxşı 10 videonun sahibi 3-cü mərhələyə yüksələcək.
Sonuncu seçim isə AzEdu.az saytında baş tutacaq. Belə ki, saytın sorğu bölməsində müəllimlərin adları yerləşdiriləcək və istifadəçilər dəstəklədikləri müəllimə səs verəcəklər.
Sonda Bakıda təşkil ediləcək mükafatlandırma tədbirində müəllimlər təltif ediləcək. Qalib müəllimə xüsusi mükafat təqdim olunacaq.
Aşağıda adı qeyd olunan müəllimlər videolarını 19 may saat 23:00-a qədər [email protected] elektron ünvanına və ya “Gənc müəllim” səhifəsinin ismarış bölməsinə göndərə bilərlər.
Birinci mərhələni qalibləri aşağıdakılardır:
- Musa Ziyadzadə
- Posu Ali Mansırlı
- Nigar Piriyeva
- Şəbnəm Cəbrayıl
- İradə Zülfüqarova
- Səbuhi Kamal
- Seymur Hoca İbrahimov
- Turana Hüseyn
- Eldar Cəfərov
- Nərgiz Baxşəliyeva
- Mircavid Əhməd
- Gülşən Yolçubəyli
- Tacəddin Verdiyev
- Ehtiram Safquliyev
- Zəminə Hüseynova
- Araz Balaoğlanov
- Xəyyam Rzayev
- Murad Musayev
- Nərgiz Baxşəliyeva
- Səbuhi Musayev
- Şaiq Məmmədov
- Eldar Cəfərov
- Aysel Səfərzadə
- Şahid Muradlı
- Mövlud Mirzəyev
- Xəyyam Rayev
- Zəminə Hüseynova
- Cəbrayıl Əlili
- Gülnar İsmayıl
- Əsli Qasımlı
- Natiq Məlikov
- İsmayıl Hacıyev
- Elsevər Muradov
- Pərvin Mehdiyev
- Aysel Alıcanova