
“Dərsliklərlə bağlı Təhsil Nazirliyi və AMEA arasında müzakirələrin genişləndiriləcəyi gözlənilir”.
AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti,akademik Rasim Əliquliyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.
Akademik Təhsil Nazirliyi ilə dərsliklərin yazılması istiqamətində yeni işlərə başlayacaqlarını və dərsliklərin keyfiyyətinin artırılmasına diqqət ediləcəyini deyib.
“AMEA-da yazılan kitabların çoxu elmi istiqamətdə olur.Lakin Təhsil Nazirliyi ilə birləşərək yeni dərsliklərin keyfiyyətini artıra və onları elmi materiallarla zənginləşdirə bilərik.Elm və təhsilin birləşməsi istiqamətindən bu çox vacobdir”.
Qeyd edək ki,AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzəsi ilə çıxış ediblər.