
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün sınaq və orta ixtisas təhsili müəssisələrinə ümumi tələbə qəbulu imtahanının vaxtını açıqlayıb.
AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinə sınaq imtahanı I – IV ixtisas qrupları, 2-ci mərhələ üzrə fevralın 16-sı keçiriləcək.
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbul və cari ilin məzunları üçün əlavə xarici dil imtahanı üzrə 29 mart tarixində imtahan baş tutacaq.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan dili və ya rus dili imtahanı (I mərhələ) da 29 mart tarixində keçiriləcək.