
Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında əldə edilən razılığa əsasən, magistraturaya 56 nömrəli qəbul proqramına aid olan Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri üzrə) və Biznesin təşkili və idarə edilməsi (iqtisadi informatika, tədris ingilis dilində) ixtisaslaşmalarına qəbul olmaq istəyən, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində 40 və daha artıq bal toplamış bakalavrlara həmin proqramı seçməyə icazə vermək qərara alınıb. Həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə I mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.
Bundan əlavə, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi 18 may saat 10:00-dək uzadılıb. Bakalavrlar qeyd olunan vaxtadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Qəbul proqramını seçib təsdiq etməyənlər 03 iyun 2018-ci ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.