Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 09:10:04
DİM Təhsil Nazirliyi ilə razılaşdı - Video

“Yayda ikinci dəfə qəbul imtahanında iştirak edəcək abituriyentlər ixtisas qruplarını dəyişə bilərlər”.

AzEdu.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

M. Abbaszadə Təhsil Nazirliyinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbət rəy verdiklərini də deyib. Ancaq bu il ali məktəblərə müsabiqədənkənar qəbul hazırkı qanunvericiliyə uyğun aparılacaq.

Sədr bu ilin qəbul planına əsasən bakalavriat səviyyəsi üzrə təxminən 45 mindən çox yerin ayrıldığını bildirib.

Onun sözlərinə görə, qəbul planı ötən illə müqayisədə 2303 yer artıb.