
2020-01-21 09:13:00
Tramp müəllim və şagirdlərin məktəbdə namaz qıla biləcəyini bəyan etdi - İbrətamiz...
Donald Tramp administrasiyası gözlənilmədən dindar müəllim və məktəblilərin, o cümlədən müsəlmanların təhsil müəssisələrində qarşılaşdıqları çətinliklərə diqqət etməyə başlayıb.
AzEdu.az xəbər verir ki, Ağ Evin son qərarlarına əsasən, şagirdlərin dini özünüifadə hüququ pozulduğu təqdirdə dövlət məktəbləri federal maliyyələşdirmə siyahılarından xaric edilə bilər. Ayrıca ABŞ Prezidenti Milli Dini Azadlıq günü şərəfinə əvvəllər dini ayrı-seçkiliyə məruz qalmış İslam, Xristianlıq və Yəhudilik dinlərinə sitayiş edən müəllimləri Ağ Evə dəvət edib. D.Tramp bəyan edib ki, dövlətin qanunları heç vaxt insanlarla Allah arasında durmamalıdır...
Tədbirdə Prezident Tramp oyunlardan sonra meydanda ibadət etməyi dayandırmaqdan imtina etdikdən sonra işini itirən Vaşinqton orta məktəblərindən birinin futbol məşqçisi Cozef Kennedini tərifləyib və müdafiə edib.
“NPR” nəşrinin məlumatına görə, ABŞ Təhsil Nazirliyi bütün 50 ştatdakı müvafiq səlahiyyət sahiblərinə məktəblərdə şagird və müəllimlərin dini azadlıq hüquqlarından istifadə etdikləri üçün diskriminasiyaya məruz qala bilməyəcəklərini xatırladan məktub göndərib.
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50