
Türkiyə Konstitusiyanın 89-cu maddəsinin ali təhsillə bağlı qanun maddəsində edilən bəzi dəuişikliklər rəsçi dövlət qəzetində işıqlandırılıb.
AzEdu.az xəbər verir ki, dəyişikliyə əsasən, dördü özəl olmaqla 20 yeni universitet yaradılıb. İstanbul, Veteran, Anadolu, Qara Dəniz Texniki, İnönü, Səlcuq, Erciyes universitetlərin bəzi fakültələri bağlanaraq yeni universitetdə fəaliyyət göstərəcək.
Qazi Universitetindəki bəzi fakültələr "Ankara Hacı Bayram Vəli Universiteti" nə köçürüləcək. İstanbul Universiteti sə bölünərək, İstanbul Universiteti Cərrahpaşa yaradılacaq. Bura Tibb, Florence Nightingale tibb bacısı, Həsən Əli Ucal təhsil, Meşə, Tibb elmləri, İdman elmləri, Baytarlıq, Mühəndislik fakültələrindən ibarət olacaq. Həmçinin yeni yaradılacaq Diş həkimliyi, Əczaçılıq, İqtisadiyyat və Menecment fakültələri də əlavə olunacaq.
Yaradılacaq Universitetlərin siyahısı:
Qaziantep Elm və Texnologiya, Konya Texniki Universiteti, Kütahya Tibb Elmləri, Malatya Turqut Özal Universiteti, İstanbul Universiteti Cərrahpaşa, Ankara Hacı Bayram Vəli Universiteti, Sakarya Tətbiqi Elmlər Universiteti, Samsun Universiteti, Sivas Elm və Texnologiya Universiteti, Tarsus Universiteti, Trabzon Universiteti, Kayseri Universiteti, Kahramanmaraş İstiqlal Universiteti, Eskişehir Texniki Universiteti, Sparta Tətbiqi Elmlər Universiteti, Afyonkarahisar Tibb Elmləri Universitetinin- 16 dövlət universiteti qurulacaq. Bundan başqa, Ankara Medipol Universiteti, İstanbul Atlas Universiteti, Səmərqənd Elm və Mədəniyyət Universiteti, İzmir Tınaztepe Universiteti adı ilə 4 yeni özəl universitet açılacaq.