
Lənkəran Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
AzEdu.az xəbər verir ki, LDU Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş konfransı giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfransda giriş nitqi ilə çıxış edib.
Azərbaycanın çətin və keşməkeşli dövlətçilik tarixindən, bu yolda xalqımızın üzləşdiyi çətinliklərdən söz açan universitet rəsmisi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını millətin öz azadlığı uğrunda apardığı gərgin və şərəfli mübarizənin uğurlu nəticəsi, müstəqilliyimizin ilk xoş bəhrəsi kimi dəyərləndirib,1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, gerbini, himnini qəbul etməsini qədim dövlətçilk ənələrinə sadiqliyinin göstəricisi adlandırıb.
N.İbrahimov çıxışında bu günkü ağrılı tarixə-Laçın rayonunun işğalı məsələsinə də toxunub, işğal altında olan torpaqlarımızın erməni tapdağından tezliklə azad olunacağını bildirib.
Konfransda Lənkəran Dövlət Universitetinin dosentləri-Əliağa Baxşıyevin, Kamal Mahmudovun, Gülbəniz Əliyevanın , Mirhüseyn Abbasın, doktorant Nurlana Məliklinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində yürütdüyü daxili və xarici , sosial-iqtisadi, hüquqi siyasətin əsas məqamlarından bəhs edən mövzularda məruzələri dinlənilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə yekunlaşıb.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri