
Çində yayılan ölümcül koronavirus epidemiyası ilə əlaqədar bir neçə şəhər karantinə alınıb.
AzEdu.az xəbər verir ki, artıq Çin və bir neçə Asiya ölkəsində yayılan koronavirusa yoluxanların sayı 630 nəfərə çatıb.
Çinin Jinhua şəhərdə yerləşən Zhejiang Normal Universitetinin azərbaycanlı tələbələri də yaxın zamanda şəhəri tərk edəcəkləri gözlənilir.
Çində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
“Çində vəziyyət yaxşı deyil, hökumət aidiyyatı qurumları (hökümət adamlarını) vəziyyəti gizlətməməyə çağırır. Təəssüf ki, hələ də çox sözlər deyilmir və təəssüf ki, antivirus hələ də tapılmayıb. Xəstəlik barəsində çox şey bilinməz olaraq qalır. Yüzlərlə şaiələr yayılır, bizim universitet tələbələrindən də ölənlərin olduğu deyilir. Ehtimal olaraq düşünsək “ölənlər minlərlədir” deyə bilərik. İnanmamaq daha gözəldir”.
O, virusun sürətli yayılması ilə bağlı fikirlərini də qeyd edib.
“Virusun yaranma və yayılmasına başlıca səbəb Çin yeni ilinə təsadüf etməsi nəticəsində milyonlarla çinlinin xarici ölkələrə və ölkə daxili şəhərlərə səfər etməsi xəstəliyin artma riskini dəfələrlə çoxaldıb. Beləliklə, 11 milyon əhalisi olan Uhan(Wuhan) şəhəri karantinə alınıb.Yaxın tarixlərdə Çin və Asiya səfərlərinizi ləğv etməyinizi tövsiyə edərdim”