Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 12:57:40
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib  

Mayın 19-da Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib.

AzEDu.az xəbər verir ki, “Böyük həcmli verilənlərin biznes dəyərə çevrilməsi” şüarı ilə keçirilən forum “ADA” Universitetinin Data Analizi üzrə Tədqiqat Mərkəzinin təşkilatçılığı, IEEE Kompüter və Kommunikasiya cəmiyyətlərinin və ACM Azərbaycan şöbələrinin texniki dəstəyi ilə reallaşıb.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin əsas məqsədi, cəmiyyətdə böyük həcmli verilənlərin (Big Data) yaratdığı yeni imkanlar və çətinliklər haqqında məlumatları daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaqdır. Eyni zamanda, məqsəd tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və verilənlər elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.

Tədbirdə böyük həcmli verilənlərin sahəsində tanınmış tədqiqatçılar, qlobal və yerli şirkətlərin ekspertləri məruzələrlə çıxış ediblər.