
Apple iPhone 8 seriyasının ardınca iPhone-ların 10-cu il dönümü ilə bağlı iPhone X-lə yola davam etmək qərarı aldı. Bundan sonra isə iPhone XS və 11 seriyası ilə tanış olduq.
Apple keçən il üstündən keçdikləri iPhone 9 ilə bu il böyük sürpriz edə bilər
AzEdu.az xəbər verir ki, Apple bu il yeni məhsullarla gündəmə gələcək. İyun ayında təşkili planlaşdırılan WWDC 2020-də iOS 14 ilə tanış olmaqla bərabər, şirkət sonrakı aylarda yeni model telefonları ilə diqqət çəkəcək. Lakin şirkətin əsl sürprizi iPhone 9 olacaq.
Apple-ın bu telefonunun ən əhəmiyyətli xüsusiyyəti digər modellərdən fərqli olaraq kiçik ölçülü ekrana malik olmasıdır. Yəni iPhone SE-dən sonra kiçik ölçülü telefonların istehsalına fasilə verən Apple şirkəti iPhone 9 ilə bu tendensiyanı yenidən başladacaq. (ted.az)