
2020-02-03 09:18:00
Azərbaycan Tbilisidə keçiriləcək təhsil yarmarkasına dəvət olunub
Fevralın 28-29-da Tbilisidə ənənəvi Beynəlxalq təhsil yarmarkası keçiriləcək.
AzEdu.az xəbər verir ki, sayca 10-cu olacaq bu yarmarkada tələbələrə və abituriyentlərə dünyanın nüfuzlu dövlət və özəl universitetlərində təhsilalma imkanları barədə məlumatlar təqdim olunacaq.
Tədbirin təşkilatçıları bildiriblər ki, Azərbaycan da bu yarmarkaya dəvət olunub.
Təşkilatçılar hesab edirlər ki, Azərbaycanın bu yarmarkada iştirakı həm yerli, həm də xarici tələbələrə bu ölkənin təhsil imkanları, eləcə də turizm potensialı barədə məlumat əldə etmələrinə imkan yaradacaq.
Yarmarkada təkcə ali təhsil ocaqları deyil, həmçinin peşə ixtisasları, xarici dil kursları, yay məktəbləri, mübadilə proqramları barədə də məlumatlar veriləcək.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41