
Bu gün BDU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova vəzifəsindən getməsi ilə bağlı məlumat yayıb.
AzEdu.az-a açıqlama verən dosent bundan sonrakı fəaliyyətini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasında davam etdirəcəyini deyib.
Pərvanə İbrahimova həmin kafedrada sosial media, ictimaiyyətlə əlaqələr fənlərini tədris edəcək.
Qeyd edək ki, Pərvanə İbrahimova 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsini, 1998-2000-ci illərdə magistr səviyyəsini bitirib. 2000-ci ildə BDU-nun Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilib. 10 il (2000-2010) Mətbuat-informasiya şöbəsində mütəxəssis, 2010-2020-ci illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.