
2020-02-12 15:12:00
BMU-da “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək
BMU-da “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək
29-30 aprel 2020-ci il tarixlərində Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək. Konfransın keçirilməsində məqsəd dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.
BMU-da hər il ənənəvi olaraq təşkil olunan konfransın elmi istiqamətləri mühəndislik, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, tarix və sosiologiyadır.
Konfransa təqdim olunacaq tədqiqatlar elektron formada göndərilməlidir. Məqalə göndərmək üçün son müraciət tarixi isə 7 aprel 2020-ci ildir. Yazı qaydaları və konfransla bağlı daha ətraflı məlumatı http://yric.az/ saytından əldə etmək mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39