
2020-02-14 09:47:00
Xalq artisti Firəngiz Əlizadə Təhsil Nazirliyinin medalına layiq görüldü-FOTO
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirib.
İttifaqdan bildirilib ki, görüşdə nazir müavini dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, həmçinin bu münasibətilə Təhsil naziri Ceyhun Bayramovun da müvafiq əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalının təsis edilməsindən söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.
- Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim, baş müəllim, dosent, nəhayət professor kimi 30 illik pedaqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.
Firəngiz Əlizadə təltifə və diqqətə görə, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirib.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41