Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 11:38:14
Bakıda tələbə intihar etdi - FOTO  

Bakıda universitet tələbəsi intihar edib.

AzEdu.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsi 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.