
2020-02-25 09:11:00
Koronovirusla bağlı orta məktəblərə göstəriş verildi-Məhdudlaşdırılır
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.
AzEdu.azın məlumatına görə, tapşırıqda bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb.
Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb.
Həmin tədbirlər bunlardır:
- Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi.
- Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi.
- Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması.
- Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması.
- Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması.
- Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.
Bu bölməyə aid digər xəbərlər
Bu kollecin rəhbəri işdən ÇIXARILDI
2024-03-11 14:19:00
RFO-nun yarımfinal turunda ən yaxşı nəticə göstərən kənd məktəblərinin adları AÇIQLANIB
2024-03-07 10:05:46
Məktəblərdə bir ilk: “Məktəbli könüllü” proqramı
2024-01-30 12:13:59
Təhsil proqramları ictimai müzakirəyə çıxarılıb
2023-12-23 09:06:00
Laçın rayonu Zabux kənd tam orta məktəbindən GÖRÜNTÜLƏR
2023-12-13 17:05:38
Naxçıvanda sahibkarların iştirakı ilə infotur təşkil olunub
2023-12-11 21:29:44
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb
2023-12-08 15:59:15
“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun təlimləri keçirilib
2023-12-07 14:41:02
“Məktəbli könüllü” proqramına start verilir
2023-12-01 15:14:00
“StudentFest 2023” tələbə düşərgəsi sona çatıb
2023-08-16 12:02:12