Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 14:26:00
“İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı 5 cilddə nəşr olunacaq

“İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabının 5 cilddə nəşr olunması nəzərdə tutulub.

AzEdu.az  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında bildirilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iclasda “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı barədə məlumat verib. Kitabın ideyası, məzmunu, redaksiya və müəlliflər heyəti barədə geniş müzakirələr aparıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə nəzərdə tutulan çoxcildliyin baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev olmaqla, 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.