
2020-03-06 11:30:00
Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşır
Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq.
AzEdu.az AMEA-nın saytına istinadən məlumat verir ki, astronomların bildirdiyinə görə, onun Yer ilə toqquşması istisna olunur.
52768 (1998 OR2) nömrəli asteroid planetimizə 29 aprel tarixində daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.
NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.
Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40