
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair İsmayıllı şəhərində Dövlət İmtahan Mərkəzinin keçirəcəyi seminarların proqramı:
29 may 2018-ci il
İclasın başlanma vaxtı: saat 12:00
İclasın keçiriləcəyi ünvan: İsmayıllı Şəhər Heydər Əliyev Mərkəzi (İsmayıllı şəhəri, H.Əliyev prospekti 61)
Plenar iclas
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat
Məleykə xanım Abbaszadə - Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri
Azərbaycan dili fənni üzrə seminar
Buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat
Afiqə Batıyeva–Dövlət İmtahan Mərkəzinin şöbə müdiri
Buraxılış imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında
Saməddin İbrahimov – TDV BTL-in müəllimi
Riyaziyyat fənni üzrə seminar
Buraxılış imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında
Aydın Qasımov– Dövlət İmtahan Mərkəzinin sektor müdiri
Xarici dil fənləri üzrə seminar
Buraxılış imtahanlarının yeni modeli haqqında
Şəhla Musayeva- Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri
Çəmən Babaxanova - ADU-nun professoru, fransız dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri
Rəfiqə İsayeva - ADU-nun dosenti, fransız dili fənni üzrə ekspert