
“Hazırda Təhsil Nazirliyi aidiyyatı mütəxəssislər ilə işləyərək buraxılan dərs müddətinin bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçirir”.
AzEdu.az xəbər verir ki. bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərərbaycan televiziyasının efirində yayımlanan “Hədəf” verilişində söyləyib.
O, COVİD-19 virusunun yaratdığı təhlükəni aradan qaldırmaq üçün təhsil müəssisələrinin bağlanması nəticəsində yaranan boşluqların hansı üsulla kompensasiya ediləcəyi haqqında məlumat verib:
“Hazırkı vəziyyətdə ən yaxşı nümunə video dərslərdir. Həmin dərslər vasitəsi ilə şagirdlər bu müddət ərzində buraxılan mövzuları mənimsəyə bilərlər. Yaranan boşluq barədə daha ətraflı məlumatımız olduqdan sonra dəqiq qimətləndirməni həyata keçirəcəyik. Bütün amilləri nəzərə alan Təhsil Nazirliyi yekun təklifləri hazır edərək hökumətə təqdim edəcək. Çünki ölkə ərazisində tədris ili ilə bağlı hər hansısa qərarların verilməsi hökumətin səlahiyyətinə aiddir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.