
2020-03-11 14:00:00
Kino Evində uşaqların iştirakı ilə ingilis dilində tamaşa baş tutdu - FOTO
Martın 7-də Azərbaycan Kinematoqraflar İttifaqının dəstəyilə ingilis dilində “Tıq-Tıq xanım” tamaşası nümayiş etdirilib.
Tamaşanı təşkil edən Nağılçının təsisçisi Günel Yaşar bildirib ki, biletlərin satışından əldə olunan gəlir “SOS Azərbaycan” uşaq kəndlərinə ayrılıb.
Nağılı nümayiş etdirən aktyorlar 3-11 yaş aralığındadırlar. Tamaşanın təşkil olunma məqsədi, uşaqlara ingilis dilinin daha maraqlı öyrədilməsinə kömək etmək, nağıllarımızı xarici dostlarımızla bölüşmək və cəmiyyətimizdə olan bəzi problemləri göstərməkdir. Nağıla bəzi əlavələr olunub.
G.Yaşar qeyd edib ki, nağılda qlobal istiləşmə haqqında uşaqların çıxışı hər kəsə maraqlı gəlib. Tamaşadakı çobanın qız olmağı isə qadın və kişi bərabərliyini göstərir.
O əlavə edib ki, bu tamaşa tamamilə könüllü şəkildə hazırlanıb. ( oxu.az)
Bu bölməyə aid digər xəbərlər
Rekord sayda körpə doğulub
2024-08-31 09:35:00
29 avqustda bağça müəllimləri üçün sınaq qiymətləndirilmə keçiriləcək
2024-08-27 10:50:15
Bağça müdirləri üçün TƏLİM
2024-05-20 17:19:25
“Regionlarda dövlət bağçalarının açılmasına ehtiyac var”
2024-05-09 14:38:00
Ağdaşda yolu keçən azyaşlını avtomobil vuraraq, öldürüb
2024-04-10 10:47:52
Çirkli hava yarım milyon körpənin ölümünə səbəb olur
2024-03-02 09:38:15
Bağçaya qəbul qaydası - VİDEOİZAH
2024-01-31 15:52:53
Bağçadan yayınan uşaqlar üçün imkanlar YARADILIR
2024-01-18 10:30:20
Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir
2023-12-24 09:49:28
175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
2023-12-20 11:04:46