Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 09:31:00
Yalan məlumatları yayan şəxslər hüquqi məsuliyyətə cəlb olunacaqlar- Nazirlik rəsmisi

“Bu tip yalan məlumatları yayan şəxslər hüquqi məsuliyyətə cəlb olunacaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

 

O, sosial şəbəkələrdə tətilin may ayının 1-nə kimi davam edəcəyi haqqında yayılan şayiələrə  münasibət bildirib:

 

“Məsələ ilə bağlı  dəqiq bildiyimiz odur ki,   ilk tədris günü martın 27-sidir. Bu mövzunun  ətrafında fərziyələr  dolanır. Dərslərin may ayında başlanması ilə əlaqədar yalan informasiyalar yayıldı.  Bir müddət əvvəl  Nazirlər Kabinetinin və digər dövlət qrumlarının rəsmi internet saytlarına daxil olmaq mümkün olmadı. Bu vəziyyət iki saatlıq bir vaxtı əhatə etdi. Bu zaman sosial şəbəkələrdə  təhsil müddətinin may ayına qədər uzadılması ilə bağlı “Screen shoot” (ekran fotosu) yayıldı. Bunu müəllim və şagirdlər  bizə göndərdilər. Bu tip yalan məlumatları yayan şəxslər hüquqi məsuliyyətə cəlb olunacaq”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları