Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 09:43:00
Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

"Biz uzun müzakirələrdən sonra qərara gəldik ki,  müasir texnologiyalardan fərqli olaraq televiziya  kanallarına çıxış demək olar ki, bütün ailələrdə mümkündür. Buna uyğun olaraq, martın 11-dən  Mədəniyyət kanalı ilə ortaq layihəmiz olan teledərslərə   start verdik". 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

 

O, teledərslər haqqında olan fikirlərini bildirib:

 

“Distant təhsil formasında  hər bölgəyə eyni dərəcədə informasiya ötürmək mümkün olmayacaq. Biz uzun müzakirələrdən sonra qərara gəldik ki,  müasir texnologiyalardan fərqli olaraq televiziya  kanallarına çıxış demək olar ki, bütün ailələrdə mümkündür. Buna uyğun olaraq, martın 11-dən  Mədəniyyət kanalı ilə ortaq layihəmiz olan teledərslərə   start verdik. Xüsusi ilə  Təhsil TV bu istiqamətdə gərgin iş rejimi ilə çalışır.  Bu dərsləri hər fənn üzrə 45 dəqiqəlik bir vaxta sığdıra bilmərik. Onların qısa şəkildə izahını verəcəyik. Bu prosesin necə fayda verəcəyini dəqiq bilmirik. Müəllim və şagird heyəti vəziyyəti qiymətləndirəcək. Teledərslərin   əsas mənfi  cəhəti odur ki, əks əlaqə mümkün deyil. Belə ki, bu zaman şagirdin sual vermək imkanı yoxdur. Bunu da müəyyən mənada kompensasiya etmək üçün  hər həftənin sonunda  Təhsil TV-nin studiyasına fənn mütəxəsissləri  cəlb etməklə,   yarım saat ərzində canlı yayımda müzakirələr təşkil olunacaq. Bu yolla  Facebook üzərindən şagird və valideynlər  suallarını ünvanlaya biləcəklər”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları