Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 09:55:00
“Buraxılan dərslərlə bağlı təkliflərin hər biri nəzərdən keçirilir”-Nazir müşaviri

“Hər hansısa bir dəyişiklik edilsə,  bu barədə cəmiyyətə məlumat verəcəyik”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

 

O, sosial şəbəkələrdə buraxılan dərslərin 6-cı günə salınması ilə bağlı məsələlərə münasibət bildirib:

 

“Dünəndən buraxılan dərslərin 6-cı günə salınması ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Biz bunu təkzib etdik. Lakin bu o demək deyil ki, bu təklifi rədd edirik. Sadəcə, bununla bağlı rəsmi qərar yoxdur. Bu təkliflərin hamısı nəzərdən keçirilir. Ehtimal edirik ki, 27 mart ilk dərs günü olacaq. Hər hansısa bir dəyişiklik edilsə,  bu barədə cəmiyyətə məlumat verəcəyik”.

 

Qeyd edək ki,  Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları